00:00:00
Yazar
Elmira Ağayeva
16.09.2026 20:10 42 2 dəq oxuma
Gündəm

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfəri

Diplomatların Qarabağ və Şərqi Zəngəzura səfəri

 

   

Azərbaycanın işğaldan azad edilən ərazilərinə diplomatik nümayəndələrin səfərləri davam edir. Qarabağ və Şərqi Zəngəzura təşkil olunan növbəti səfər zamanı diplomatların bölgədə aparılan bərpa-quruculuq işləri və yaradılan yeni infrastrukturla tanış olması nəzərdə tutulur. Səfərin bölgədə formalaşan yeni reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması baxımından da əhəmiyyət daşıdığı bildirilir.

Mövzu ilə bağlı “İnformator.az” saytına açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, diplomatların Qarabağ və Şərqi Zəngəzura səfəri ilk növbədə Azərbaycanın müharibədən sonra bölgədə yaratdığı yeni reallıqların beynəlxalq ictimaiyyətə birbaşa təqdimatı baxımından mühüm siyasi hadisədir:


“Xarici nümayəndələr azad edilən ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini, əhalinin qayıdışı üçün yaradılan şəraiti və Azərbaycanın öz suverenliyini bütün ərazisində praktik şəkildə təmin etməsini yerində görürlər. Bu, Ermənistanın və ona yaxın dairələrin bölgə ilə bağlı yaydığı birtərəfli iddiaların real faktlarla müqayisə olunmasına imkan yaradır. Başqa sözlə, Azərbaycan öz mövqeyini yalnız bəyanatlarla deyil, diplomatların bilavasitə müşahidə etdiyi nəticələr vasitəsilə təqdim edir”.


Politoloqun sözlərinə görə, diplomatik baxımdan səfər Qarabağ və Şərqi Zəngəzurun artıq münaqişə məkanı deyil, bərpa, əməkdaşlıq və inkişaf bölgəsi kimi beynəlxalq gündəmdə möhkəmlənməsinə xidmət edir:

“Diplomatların tarixi-mədəni irs nümunələri, iqtisadi müəssisələr və yeni infrastrukturla tanışlığı Azərbaycanın bölgəni iqtisadi həyata qaytarmaq, mədəni irsi qorumaq və dayanıqlı məskunlaşma yaratmaq siyasətini nümayiş etdirir. Həmin nümayəndələr gördükləri mənzərə barədə öz ölkələrinin rəhbərliyinə obyektiv məlumat çatdırırlar və bu məlumat gələcək siyasi qərarlara, investisiya marağına və regional sülh prosesinə münasibətə təsir göstərə bilər. Buna görə də bu səfər sadəcə protokol tədbiri deyil, Azərbaycanın postmünaqişə diplomatiyasının mühüm alətidir”.


Nurgün Qənizadə

#xəbər #yeni #qarabağ #baki #diplomatların
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər