00:00:00
Yazar
Admin User
05.02.2016 06:47 355 1 dəq oxuma
Sosial

Dəmir yolu müəssisələrində çalışanların cəzalandırılması qaydası dəyişib

Nazirlər Kabineti “Azərbaycan Respublikasının dəmir yolu müəssisələrində işçilərin İntizam Nizamnaməsi”ndə dəyişikliklər edib.
Dəmir yolu müəssisələrində çalışanların cəzalandırılması qaydası dəyişib

Nazirlər Kabineti “Azərbaycan Respublikasının dəmir yolu müəssisələrində işçilərin İntizam Nizamnaməsi”ndə dəyişikliklər edib.

İnformator.az-ın məlumatına görə, dəyişikliklə bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

Nizamnamə sənədinə görə, işçinin intizamı pozmaqda təqsirli olması intizam pozuntusu hesab edilir. Dəmir yolu nəqliyyatının xidməti otaqlarında, qatarlarda və müəssisələrinin ərazilərində müəyyən edilmiş etik davranış qaydalarının, əmək və icra intizamının pozulması, hətta bu hal əmək vəzifələrinin icrası zamanı baş vermədikdə belə intizam pozuntusu hesab olunur. Hər bir intizam pozuntusuna görə yalnız bir intizam tənbehi verilə bilər.

İndiyədək şikayət işçiyə intizam tənbehinin verilməsinin icrasını dayandırmamaq hüququna malik idi.

Dəyişikliyə əsasən, işçiyə intizam tənbehinin verilməsinin icrası intizam tənbehinin verilməsinin icrasının dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, dayandırılmayacaq.

Şikayətin verildiyi hallarda, şikayət olunan intizam tənbehinin verilməsinin icrasının dayandırılması ilə bağlı məsələyə maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə şikayət instansiyası tərəfindən dərhal baxılır və bu barədə müvafiq qərar qəbul edilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər