00:00:00
Yazar
Admin User
26.05.2018 13:04 968 1 dəq oxuma
Sosial

Dəmiryolu Səyyar Klinikası növbəti aksiyasını Gəncədə reallaşdırdı

Pasientlərə əsasən presbiopiya, miopiya, astiqmatizm, qlaukoma, katarakta və digər diaqnozlar təyin edildi.
Dəmiryolu Səyyar Klinikası növbəti aksiyasını Gəncədə reallaşdırdı

3 gün ərzində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Gəncə şəhərində pasientlərə tibbi xidmət göstərdi.

İnformator.az-a verilən məlumata görə, məqsəd operativ şəkildə gəncəli pasientləri müayinə-müalicə, hətta cərrahi əməliyyat etməkdir. 450-yə qədər pasient müayinə olundu, müalicə təyin edildi, məsləhətlər verildi. Pasientlərə əsasən presbiopiya, miopiya, astiqmatizm, qlaukoma, katarakta və digər xəstəliklərlə bağlı diaqnozlar təyin edildi. Gəncə sakinləri onlara göstərilən yüksək tibbi xidmətdən razılıq etdilər. 

Dəmiryolu Səyyar Klinikası uzunluğu 25, eni 3 metr olan Səyyar Qatardan ibarətdir. Qatar yüksək ixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunub. Gün ərzində klinikanın həkim və orta tibb briqadası vaqonda 300-dən çox müayinə-müalicə və 30 əməliyyat edə bilər. Qatarda oftalmoloji müayinələr üçün bölmə avadanlıq və oftalmoloq yerindən ibarətdir. Müayinələr üçün avadanlıqlar foropter, refraktometr, tonometr,işarələr proyektoru, yarıq lampa, lensmetr və digərləri təşkil edilib. Səhiyyə Nazirliyinin dəstəyi ilə həyata keçirilən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası ölkənin dəmiryolu xətti yerləşən bütün regionlarında, eləcə də Gürcüstan-Azərbaycan sərhədi ərazisində fəaliyyət göstərəcək. İlk humanita aksiya mayın 8-dən 12-ə kimi Astarada olub. Qeyd edək ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi tədbirlər ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən hesab olunur.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər