00:00:00
Yazar
Admin User
16.12.2025 19:13 114 1 dəq oxuma
İdman

Doku mövsümü erkən başa vurub

Doku mövsümü erkən başa vurub

“Mançester Siti”nin cinah hücumçusu Jeremi Doku zədə səbəbindən cari mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək.Bu barədə klubun baş məşqçisi Xosep Qvardiola məlumat verib.

 

Mütəxəssisin sözlərinə görə, belçikalı futbolçunun bərpa prosesi təxminən 2–3 həftə davam edəcək. Doku ən tez halda yanvarın 1-də “Sanderlend”lə keçiriləcək oyunda heyətə qayıda bilər.

 

Qeyd edək ki, 22 yaşlı futbolçu bu mövsüm “Mançester Siti”nin heyətində 22 matça çıxıb, 3 qol vurub və 6 məhsuldar ötürmə edib. Hazırda 34 xalı olan “şəhərlilər” turnir cədvəlində 2-ci pillədə qərarlaşıb və lider “Arsenal”dan 2 xal geri qalır.

 

Qol.az

Aişə Mustafayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər