00:00:00
Yazar
Admin User
20.03.2025 17:20 309 1 dəq oxuma
Maraqlı

Doqquz ay kosmosda qalan astronavtlar Yerə qayıtdı

Doqquz ay kosmosda qalan astronavtlar Yerə qayıtdı

Doqquz ay Beynəlxalq Kosmik Stansiyada (BKS) qalan iki astronavt, təxminən 16 saatlıq səyahətdən sonra Yerə çatıb.

 

Astronavtları daşıyan SpaceX kapsulu martın 19-da, yerli vaxtla saat 00:05 radələrində Florida sahillərində suya enib.

 

Xilasetmə qrupu ilkin təhlükəsizlik yoxlamalarını aparmaq və paraşütləri çıxarmaq üçün “sürətli qayıqlarla” kapsula yaxınlaşıb. Daha sonra SpaceX-in bərpa gəmisi eniş yerindən təxminən 2 mil məsafədə kosmik gəmiyə doğru hərəkət edib.

 

Kosmik gəmi bərpa gəmisinə qaldırıldıqdan sonra qapaq açılıb və ekipaj üzvləri aylarla kosmosda qaldıqdan sonra ilk dəfə təmiz hava ilə nəfəs ala biliblər.

 

Mənbə: BBC News

Səyyarə Mirzəyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər