Dövlət iştiraklı qatılım bankaları birləşdiriləcək
Türkiyə Prezidenti Recep Tayyip Erdoğan ölkədə iştirak (qatılım) maliyyəsi sektorunda yeni mərhələnin başlanacağını elan edib. O bildirib ki, Ziraat Katılım, Vakıf Katılım və Halk Katılım bankaları birləşdirilərək daha güclü maliyyə qurumu yaradılacaq. Prezident həmçinin Emlak Katılım bankının səhmlərinin ictimaiyyətə təklif olunacağını və vətəndaşların bankın inkişafında birbaşa iştirak edə biləcəyini açıqlayıb.
Ərdoğan bu fikirləri 3rd World Islamic Economy Summit çərçivəsində İstanbul Maliyyə Mərkəzində keçirilən tədbirdə səsləndirib.
Çıxışına İstanbulun qitələri, mədəniyyətləri və insanları bir-birinə bağlayan əziz şəhər olduğunu vurğulamaqla başlayan Türkiyə lideri müxtəlif ölkələrdən gələn qonaqları qəbul etməkdən məmnunluq duyduğunu bildirib.
Prezident sammit çərçivəsində keçirilən panel, sessiya və digər tədbirlərin əhəmiyyətinə diqqət çəkərək deyib:
“Burada aparılacaq müzakirələrin, irəli sürüləcək təklif və tövsiyələrin ölkələrimiz, İslam aləmi və bütün bəşəriyyət üçün faydalı nəticələr verməsini arzulayıram”.
Xaricdən gələn qonaqlara İstanbulun tarixi, mədəni və təbii gözəlliklərini yaxından tanımağı tövsiyə edən Ərdoğan onların şəhərdə keçirdikləri vaxtı və İstanbulun mənəvi atmosferini uzun illər xoş xatirələrlə yad edəcəklərinə inandığını bildirib.Türkiyə Prezidenti çıxışında həmçinin İslam maliyyəsinin öncül simalarından biri, Saleh Abdullah Kamel haqqında da danışıb. O, mərhum iş adamını ehtiramla yad edərək Allahdan ona rəhmət diləyib.
Ərdoğan, Saleh Abdullah Kamelin ideya və məqsədlərini davam etdirən oğlu Abdullah Saleh Kamela da təşəkkür edərək, atasının yaratdığı qurumları yeni layihələrlə daha da gücləndirdiyini vurğulayıb.
TRT HABER
Reyhan Qulizadə