00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
25.09.2026 21:51 21 3 dəq oxuma
Sosial

Dövrün gizli təhlükəsi,zərərli vərdişlər-Aslılıqdan qurtulmağın yöntəmlər nələrdir? 

Dövrün gizli təhlükəsi,zərərli vərdişlər-Aslılıqdan qurtulmağın yöntəmlər nələrdir?

 


Müasir dövrdə zərərli vərdişlər və müxtəlif asılılıqlar cəmiyyətin qarşılaşdığı əsas problemlərdən birinə çevrilib.Onlar insanın həm fiziki, həm də psixoloji sağlamlığına mənfi təsir göstərə bilən davranışlardır.


Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında psixoloq Nabat Mirzəyeva bildirib ki, zərərli vərdişə başlayan insan təkcə pis seçim, zərərə düşmək üçün addımlayıb başlamır bunun  arxasında stres, tənhalıq, emosional boşluq və başqa dost mühitində zərərli insanların olması, ailə problemləri və mənfi emosiyalardan qaçmaq istəyi dayana bilər:

 

“Biz insanların hansı duyğulardan gəldiyini bilə bilmərik, hər insan individualdır. Bəzən insan həmin davranışı özünü sakitləşdirmək və ya yaxşı hiss etmək üçün istifadə etməyə çalışır, ancaq zamanla həmin zərərli vərdişin onu sakitləşdirdiyini deyil, əslində ona böyük bir zərər vurduğunu görür. Beləliklə vərdiş tədricən  avtomatik bir hala çevrilir və nəzarət etmək çətinləşir və aslılıq yaranır.Bu isə çox vaxt zövqdən deyil, insanın emosiyasını idarə etmək üçün həmin davranışa ehtiyac hiss etməsindən güclənir. Bu isə onun daxilində yaranan boşluğu doldurur və bir müddətdən sonra bu bir vərdişə çevrilir.Nəticədə həmin boşluğu doğru duyğular,emosiyalar deyil zərərli şeylər doldurmağa başlayır”.

 

Psixoloq qeyd edir ki, telefon və oyunların özünü avtomatik olaraq zərərli adlandırmaq sözsüz ki doğru deyil:

 

“Problem onların istifadəsindən daha çox nəzarətdən çıxması, aslı hala gəlməsi, digər fəaliyyətlərdən, yaşamaqdan və ətrafdan təcrid olunması zərərlidir. İnsan uzun müddət telefon və ya oyunla məşğul olduqda real həyatda daha az hərəkət edir, yuxusu gecikir, artıq həmin oyun üçün stres yaşamağa başlayır, alınmadığı zaman qəzəblənir və yuxu, stres, yorğunluq, hərəkətsizlik – bunların hər biri istər-istəməz sinir sisteminə təsir göstərir.  


Psixoloji tərəfdən əsəbilik, narahatlıq, diqqətin dağılması, sosial həyatdan uzaqlaşmaq, real həyatda marağın azalması  müşahidə olunur.Xüsusilə də telefon yuxudan əvvəl uzun müddət istifadə olunanda yuxu rejiminə, insanın səhər oyanda özünü yorğun hiss etməsinə şərait yaradır”.

 

Müsahibin sözlərinə görə, insan öz davranışını asılı olduğu dönəmlərdə idarə edə bilmir:

 

“Bundan əlavə, ətrafdakı insanlarla ünsiyyətdən uzaqlaşmağa başlayır. Davranışlarına görə iş mühiti, yuxu, ailə və dost münasibətləri zərər görməyə başlayır. Həmin o asılılıqdan istifadə etmədikdə güclü bir narahatlıq,əsəbilik və boşluq hissi keçirir.Bir növ həmin insan problemin fərqində olsa da, ancaq bunu davam etdirməyə başlayır, hətta bəzən də bunu ailəsindən və ətrafından, yaxınlarından gizlədir”.


Həmçinin psixoloq problemin həll yolu üçün hansı addımların atılmalı olduğunuda bizimlə bölüşüb:

 

“İlk addım olaraq şəxs problemlərini etiraf etməlidir.Yaşadığı duyğuları, situasiyaları qəbul etməlidir. "Mən istəsəm, dayandıraram" deməklə kifayətlənmədiyini öyrənməlidir. Konkret olaraq nə vaxt, hansı vəziyyətdə, hansı emosiyanın təsiri ilə həmin davranışa yönəldiyini müşahidə etməlidir. Nə üçün yönəlib? Nəyə görə baş verib? Nə üçün bu asılılıqlar yaranıb?
 


Misal üçün deyək ki, stresdə olduğumuz zaman əlimiz dərhal telefona gedirsə,həmin an onu bu yollarla  əvəz etmək olar:idmanla məşğul olaraq,musiqi dinləyərək, çıxıb yürüyüş edərək, sevdiklərimizlə vaxt keçirərək və.s Fiziki aktivlik, sosial əlaqələr, yuxu rejimini normal qaydasına salmaq, hobbilər yaratmaq önəmlidir. Çünki bizim özümüzü inkişaf elətdirdiyimiz hər bir mərhələ bizi asılı olduğumuz situasiyalardan uzaq edir, bizi özümüzə döndərir. Və bizə zərər verən hər bir şeyə sərhəd qoymağı öyrədir.

Aysu Abbasova

#yöntəmlər #dövrün #təhlükəsi #zərərli #qurtulmağın #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər