00:00:00
Yazar
Admin User
12.01.2026 19:36 77 1 dəq oxuma
Dünya

Dərs çıxarmışıq, bir daha döyüşməyəcəyik

Dərs çıxarmışıq, bir daha döyüşməyəcəyik

Macarıstan İkinci Dünya müharibəsinin dərslərini öyrənib və artıq başqalarının maraqları naminə döyüşməyəcək.

 

"İnformator.az" xəbər verir ki, bu fikri Macarıstanın Baş naziri Viktor Orban Feysbuk səhifəsində yazıb.

 

O xatırladıb ki, 1943-cü il yanvarın 12-də sovet qoşunları Yuxarı Don çayı istiqamətində genişmiqyaslı hücuma keçib və nəticədə 2-ci Macarıstan ordusu məğlubiyyətə uğrayıb. Ordunun tərkibində olan 200 min əsgərdən 148 mini öldürülüb, yaralanıb, itkin düşüb və ya əsir götürülüb.

 

“Dərs çıxarılıb. Macarıstan bir daha heç vaxt xarici maraqlar uğrunda mübarizə aparmayacaq”, - deyə o qeyd edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər