00:00:00
Yazar
Admin User
16.06.2023 05:21 329 1 dəq oxuma
Sosial

Dərsdənkənar fəaliyyətlər tələbələrə nələr verir? - Aytac Əhmədova yazır...

Dərsdənkənar fəaliyyətlər tələbələrə nələr verir? - Aytac Əhmədova yazır...

Ali təhsil müəssisələrində dərsdən kənar məşğuliyyətlər tələbələrin vaxtını səmərəli keçirməsi üçün təşkil edilir. Bakı Dövlət Universiteti də fakültələr arası futbol komandaları ilə yarışlar reallaşdırır. Tələbələr həm sosiallaşır, həm də zamanını əyləncəli keçirir.

 

BDU-nun IV kurs tələbəsi, İctimai TV-nin əməkdaşı Vurğun Mədətov dərsdənkənar özfəaliyyətlə bağlı fikirlərini "İnformator.az"la  bölüşüb:

 

Dərsdən kənar fəaliyyətlər tələbələrə sağlam dostluqlar qazandırır. Amma burda bir nüansı diqqətdə saxlamaq lazımdır. Bu fəaliyyət bizim univeristet nəticəmizə mənfi təsir edəcək, ya yox? Çünki bizim üçün təhsil öndə gəlməlidir. Dərslərə maneələr törətmədən belə fəaliyyət və yarışlarda iştirak tələbəni ancaq inkişaf etdirə, dünyagörüşünü artıra bilər. Xüsusilə, jurnalistika fakültəsində təhsil alan tələbənin dünyagörüşü və sağlam dostluqları, əlaqələri mütləq olmalıdır.


Universitetdaxili çempionatda iştirak edənlər arasında mən də var idim. Oyunların hamısında meydanda fakültəmizin adına layiq bir oyun sərgiləməyə çalışırdım.

 

Komanda üzvləri arasında istər bakalavr, istərdə də magistr üzrə tələbə yoldaşlarımız var. Fakültə tələbələri birlik nümayiş etdirir. Dekanlığın da komandamıza dəstəyi bizi daha çox ruhlandırır.
Belə yarışlar, yaradıcılıq fəaliyyətləri tələbələri pis vərdişlərdən çəkindirir".

 

Aytac Əhmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər