00:00:00
Yazar
Admin User
06.09.2023 19:13 348 2 dəq oxuma
Sosial

Dərsliklərlə təminat nə yerdədir?

Dərsliklərlə təminat nə yerdədir?

Ötən il şagirdlər dərslikləri tədris başlayandan bir müddət sonra ala bilmişdilər. Hətta bəzi valideynlər övladları təhsildən geri qalmasın deyə mağazalardan kitablar almışdılar. Bəs, yeni tədris ilində dərsliklərlə bağlı vəziyyət necədir?

 

Ekspertlər deyir, anoloji hal bu il də yaşana bilər. Təhsil eksperti Elçin Əfəndi deyir ki, ən azı dərslərin başlamasına 2 həftə qalmış bütün təhsil müəsisələrinə həmin nəşrlər üzrə vəsaitlər çatdırılmalıdır: “Dərslərin başlamasına çox qısa müddət qalıb və müəyyən məktəblərimizdə hələ ki yeni nəşrlər çatdırılmayıb.Eyni zamanda məktəblərdə hələ də yalnız köhnə nəşrlər var. Yəni o köhnə nəşrlərin paylanılması həyata keçiriləcək. Bizim müşahidə etdiyimiz məsələ ondan ibarətdir ki, nəşriyyatlar ya dərsliklərin çapını gecikdirir, ya da müvafiq olaraq nəşr olunmuş kitabların ünvanlara çatdırılması gecikdirilir”.

 

Elm və Təhsil Nazirliyindən (ETN) bu il dərsliklərlə bağlı hər hansı problemin yaranmayacağını, şagirdlərin yeni vəsaitlərlə vaxtında təmin ediləcəyi deyildi. ETN-nin əməkdaşı Günel Seyidova bildirdi ki, 2023-2024 cü tədris ilində dövlət ümumtəhsil müəssisələrinin şagirdləri üçün 318 adda 7 milyon 700 min nüsxədən çox dərslik çap olunub: “Bu proses 15 avqustda yekunlaşdırılıb.1 sentyabradək bütün yerlər dərsliklərlə təmin olunub. Hazırda dövlət ümumtəhsil müəssisələrinin şagirdləri dərsliklərlə təmin olunurlar və bu prosesin 15 sentyabradək yekunlaşdırılması planlaşdırılır”.

 

Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, dərsliklərlə bağlı bu il problem yoxdur: “Bütün dərsliklər artıq məktəblərə çatdırılmaqdadır. Sentyabrın 15-nə uşaqlar məktəbə başlayanda, təhsilalanlar məktəbə gələndə bütün dərsliklər məktəbdə olacaq. Bütün dərsliklərimiz çap olunub və 90 faizi artıq məktəblərə çatdırılır. Ucqar yerlərə isə növbəti günlərdə çatdırılacaq”.

 

Tədris ilinin elə ilk həftəsindən real vəziyyət daha aydın olacaq

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər