00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
07.10.2026 21:04 62 2 dəq oxuma
İdman

"Dünya futbolunda böyük itki: Messinin gedişinin pərdəarxası"

"Dünya futbolunda böyük itki: Messinin gedişinin pərdəarxası"


 

Argentina millisinin kapitanı Lionel Messi milli komandadan ayrılmaq qərarı ilə bağlı açıqlama verib. 39 yaşlı futbolçu millidə həmişəlik qalmaq istədiyini, lakin artıq getmək vaxtının çatdığını bildirib. Onun açıqlamasından sonra komandanın gələcəyi ilə bağlı furbolsevərlər arasında suallar yaradıb.


Mövzu ilə bağlı idman jurnalisti Kənan Məstəliyev "İnformator.az"a açıqlamasında bildirib ki,Messinin gedişi yığmada bir sıra çətinliklər və zəifliklər ərsəyə gətirəcək:

"Bu isə yalnız Argentina və ya futbolsevərlər üçün yox,ümumilikdə dünya futbolu üçün itkidir. 
Amm ,təbii ki, onun komandadan ayrılması Argentina yığmasına daha çox təsir göstərəcək. Messi Argentina yığmasının lideri, əsas hərəkətverici qüvvəsi idi. Onun gedişindən sonra mütləq ki, Argentina yığmasının oyun sxemi dəyişəcək. Çünkü Messinin oynadığı vaxtdan komanda onun ətrafında qurulub və onlar Messinin oyun bacarığı üzərində qurulan bir sistemlə oynayırdılar. İndi komandada o istedadda bir futbolçu olmadığına görə daha intensiv oyun oynamalı olacaqlar. 

 

Argentina yığması üçün yeni sistemə öyrəşmək kifayət qədər böyük vaxt aparacaq. Messi kimi liderləri olmasa da, məsələn Emiliano Martinez, De Paul və yaxud Enso Fernandez kimi futbolçular bu işi öz üzərinə götürə bilərlər. Düzdür, bu Argentinanın başına vaxtilə gəlib,  20-25 il əvvəl Armando Maradonada gedəndə də eyni sözlər deyilirdi, amma sonradan yeni bir Maradona -Messi çıxdı və onun yerini tutdu. "Yeni Messi" ortaya çıxana qədər Argentinada problemlər olacaq.Bir futbolçu 100-150 il dayanmadan oynaya bilməz. Bu futbolçu karyerasıdır, bu qədər müddət çəkə bilər. Hətta deyərdim ki, Messi gözləniləndən daha çox komandada qaldı.Problemlər olacaq, amma bu artıq Argentina Futbol Federasiyasının öz problemləridir”.

 

Kənan Məsiyev  bildirib ki, Messinin milli komandadan ayrılması Argentina Futbol Federasiyasının maliyyə gəlirləri baxımından da hiss olunan itkilərə səbəb ola bilər. Çünki Messinin iştirakı Argentina millisinin oyunlarına və səfərlərinə böyük kommersiya marağı yaradırdı. Onun komandada olmaması reklam, sponsorluq və oyunlara olan kommersiya tələbatının azalması ilə nəticələnə bilər.

Ayan Məmmədzadə

#pərdəarxası" #xəbər #baki #messinin
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər