Dünyada tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi istiqamətində addımlar atılır
Dünyada milyardlarla insan zəruri tibbi xidmətlərdən və dərmanlardan yararlana bilmir. Bu problemin həlli üçün beynəlxalq təşkilatlar, hökumətlər və əczaçılıq şirkətləri səhiyyə xidmətlərinin əlçatanlığını artırmağa yönəlmiş layihələr həyata keçirirlər. Təxminən 2 milyard insan isə ehtiyac duyduğu dərmanları əldə edə bilmir. Xüsusilə Afrika, Asiya və Latın Amerikasının bəzi bölgələrində səhiyyə infrastrukturunun zəifliyi, nəqliyyat və dərmanların saxlanması ilə bağlı çətinliklər tibbi xidmətlərin göstərilməsinə mane olur. Bu istiqamətdə görülən işlərdən biri də limfatik filarioz kimi tropik xəstəliklərin qarşısının alınmasıdır. Ağcaqanadlar vasitəsilə yayılan bu xəstəlik insanlarda ciddi şişkinlik, xroniki ağrı və əlilliyə səbəb ola bilər. 2024-cü ildə əvvəlki illə müqayisədə bu xəstəliyə görə müalicəyə ehtiyacı olan insanların sayı 172 milyon nəfər azalıb. Bu nəticədə kütləvi dərman paylanması proqramları və beynəlxalq səhiyyə təşəbbüsləri mühüm rol oynayıb.
Məqalədə həmçinin GSK şirkətinin “Save the Children” və END Fund kimi təşkilatlarla əməkdaşlığından bəhs olunur. Bu tərəfdaşlıq çərçivəsində beş yaşadək 720 mindən çox uşağın təhlükəli infeksiyalara qarşı peyvənd olunmasına dəstək göstərilib. Eyni zamanda, peyvənd olunmayan uşaqların müəyyənləşdirilməsi, ucqar ərazilərdə mobil peyvənd xidmətlərinin təşkili və yerli səhiyyə işçilərinin hazırlanması istiqamətində layihələr həyata keçirilir. Mütəxəssislər tibbi xidmətlərin əlçatanlığının artırılması üçün yalnız maliyyə və texnologiyanın deyil, yerli icmaların etimadının və beynəlxalq əməkdaşlığın da vacib olduğunu vurğulayırlar.
Güllüzar Nəbili
Mənbə:BBC