00:00:00
Yazar
Admin User
03.02.2026 16:40 41 1 dəq oxuma
İdman

Duşan Vlahoviç "Yuventus"un düşərgəsinə qayıdıb

Duşan Vlahoviç "Yuventus"un düşərgəsinə qayıdıb

İtaliya təmsilçisi "Yuventus"un serbiyalı hücumçusu Duşan Vlahoviç klubun düşərgəsinə qayıdıb.


"İnformator.az" "Report"a istinadən xəbər verir ki, 26 yaşlı futbolçu ötən ilin dekabr ayında Londonda sol ayaq əzələsindən əməliyyat olunub.


O, yanvar ayı ərzində bərpa prosesini Serbiyanın paytaxtı Belqradda keçirib və burada şəxsi fizioterapevtlə məşqlər edib.

 

Vlahoviçin mart ayına qədər yaşıl meydanlara dönməsi gözlənilmir.


Qeyd edək ki, serbiyalı forvard cari mövsüm "Yuventus"un heyətində bütün turnirlər daxil olmaqla 17 oyuna çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər