Ebola rəqəmləri azalır, amma təhlükə qalır
Hazırda Democratic Republic of the Congoda 60 ölüm daxil olmaqla təxminən 380 təsdiqlənən yoluxma halı qeydə alınıb. Qonşu Ugandada isə 15 təsdiqlənən yoluxma və 1 ölüm faktı var.
Lakin əsas fərq ondadır ki, səlahiyyətlilər əvvəlki kimi şübhəli halları deyil, yalnız təsdiqlənən yoluxmaları açıqlayırlar. Bu səbəbdən rəqəmlərin azalmasını epidemiyanın qəfil zəifləməsi kimi qiymətləndirmək düzgün olmaz. Azalma daha dəqiq məlumatların əldə olunması ilə bağlıdır. Laboratoriyalar qızdırması olan, lakin əslində malyariya kimi digər xəstəliklərdən əziyyət çəkən çoxsaylı xəstələri Ebola siyahısından çıxara bilib. Malyariya isə Konqoda geniş yayılan xəstəlikdir.
BBC News
Cavahir Əsgərbəyli