00:00:00
Yazar
Nigar Həsənzadə
17.02.2026 22:36 17 1 dəq oxuma
İdman

Eddi Hau Qurbanovdan danışıb: 17 il eyni komandada çalışırsa...

Eddi Hau Qurbanovdan danışıb: 17 il eyni komandada çalışırsa...

"Nyukasl" "Qarabağ" komandasını yaxşı təhlil edib.

 

"İnformator.az" xəbər verir ki, bunu "Nyukasl"ın baş məşqçisi Eddi Hau "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

 

Mütəxəssis görüşə ciddi hazırlaşdıqlarını bildirib:

 

"Zədəli futbolçularımız sıraya qayıtmaqdadırlar. Bakıya yüksək əhval-ruhiyyə ilə gəldik. "Qarabağ"ı yaxşı təhlil etdik. Oların "Liverpul" və "Çelsi" komandalarına qarşı görüşlərini izlədik. Son oyunlardakı yüksək nəticələrimizin davamını Bakıda gətirmək istəyirik".

 

Baş məşqçi "Qarabağ"ın yaxşı oyun tərzinə malik olduğunu söyləyib:

 

"Onların çox yaxşı oyun tərzi var. "Qarabağ"ı ingilis klubları ilə müqayisə etmək çox çətindir. Düşünürəm ki, "Qarabağ" zəif komanda deyil".

 

E.Hau Ağdam təmsilçisinin heyətində xüsusi fərqləndirə biləcəyi futbolçuların olmadığını vurğulayıb:

 

"Bu barədə nəsə demək çətindir. Biz öz oyunumuzu oynayacağıq. Düşünürəm ki, istədiyimiz nəticəni qazana biləcəyik".

 

O, Qurban Qurbanovun hörmətə layiq baş məşqçi olduğunu düşünür:

 

"Bir mütəxəssis baş məşqçi kimi eyni komandada 17 il çalışırsa, deməli, böyük hörmətə layiqdir. Qurban Qurbanov gördüyü işlərlə ön plana çıxır. Düzdür, onunla bağlı dərindən maraqlanmamışam. Lakin müəyyən məlumatlara sahibəm".

#qurbanovdan #hau #komandada #eyni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər