"EENCE Citizenship Education Caravan Azerbaijan 2023" layihəsi öz fəaliyyətini sona çatdırıb
"EENCE Citizenship Education Caravan Azerbaijan 2023": layihəsi öz fəaliyyətini uğurla sona çatdırıb".
Joint Civic Development" platforması və "Youth Advisory Club" təşkilatının təşkilatçılığı ilə həyata keçirilən "EENCE Citizenship Education Caravan Azerbaijan 2023" layihəsi, Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına yönəlmiş vacib bir təşəbbüs olub.
Caravan layihəsinin əsas məqsədi, 16-35 yaş arası gənclərə xarici ekspertlərin müxtəlif mövzular üzərində təlimlər təşkil edərək, bölgələr üzrə maarifləndirmənin inkişafını təmin etməkdir. Layihədə Azərbaycan, Belarus, Gürcüstan, Rusiya, Ukrayna və İngiltərədən mütəxəssislər iştirak edərək, öz bilik və təcrübələrini Azərbaycan gənclərinə ötürüblər. EENCE Citizenship Education Caravan Azerbaijan 2023, gənclərin ideya və təcrübələrinin mübadiləsi üçün bir mühit yaratmaqla yanaşı, bölgələrdə inkişafın davamlılığını təmin edib.
Layihə, sentyabrın 3-dən 9-una qədər Bakı, Mingəçevir, Bərdə, Gəncə və Göygöl şəhərlərində təşkil olunub.
Rayonlar üzrə həyata keçirilən təlim mövzuları:
Bakı - 4 sentyabr: "Vətəndaş təhsili"
Mingəçevir - 5 sentyabr: "Social layihələrin menecerləri üçün təlim"
Bərdə - 6 sentyabr: "Regionlarda yaşayan qadınların inkişafı"
Gəncə - 7 sentyabr: "Az təcrübəli təlimçilər üçün təlim (ToT)"
Göygöl - 8 sentyabr: "Sülh və təhlükəsizlik"
Yüzlərlə gəncə çata bilən layihə Azərbaycanda həm şəhər, həm də rayon ərazilərində vətəndaş təhsilinin inkişafını təmin etmək üçün mühüm addımlar atıb. Qeyd edək ki, layihənin ölkə üzrə koordinatoru Elmurad Məmmədovdur.
"EENCE Citizenship Education Caravan Azerbaijan 2023" layihəsi EENCE (Eastern European Network for Citizenship Education) çərçivəsində təşkil edilir. Bu təşkilat 2016-cı ildə qurulub və vətəndaşlıq təhsilinin inkişafına dəstək verməklə yanaşı, 100-dən çox təşkilat və mütəxəssisləri birləşdirir. Layihə Federal Agency for Civic Education (Bundeszentrale für politische Bildung / bpb) tərəfindən maliyyələşdirilib və xarici ekspertlərin və təşkilatların dəstəyi ilə həyata keçirilib.
.png)
.png)
.png)
