00:00:00
Yazar
Admin User
24.10.2023 11:10 451 1 dəq oxuma
Sosial

Effektiv idarəetmə üçün ilk növbədə, hüquqi normativ baza olmalıdır

Effektiv idarəetmə üçün ilk növbədə, hüquqi normativ baza olmalıdır

İnformator.az-ın növbəti müsahibi təhsil eksperti Elşən Qafarovdur. Ekspert məktəblərdə effektiv tədrisin təşkili, idarə olunması haqda danışıb.

 

Elşən Qafarov qeyd edir ki, effektiv idarəetmə üçün ilk növbədə, hüquqi normativ baza olmalıdır. Düzgün kadrlar seçilməlidir, sistem planlı şəkildə idarə olunmalıdır.

 

“Hazırda müstəqilliyimizin bərpası 32-ci ildönümünü geridə qoyduq. Bu keçən müddət əzrində ölkədə olan ümumitəhsil məktəblərinin nizamməsi yoxdur. Nizamməsi olmayan məktəbin effektiv idarəetməsi olmaz”.

 

Ekspert qeyd edir ki, DİM-in imtahan nəticələrinə nəzər yetirəndə görürük ki, gənclərin əksəriyyəti arzuladığı ixtisasda təhsil almır.

 

"Bəziləri istəmədən müəllimlik ixtisasını oxuyur, tədris edir. Müəllimlərin işə qəbulu və sertifikatlaşdırılması prosesində müəllimin pedaqoji, metodi bilikləri əvəzinə, onun fənn üzrə, tədris üzrə bilikləri yoxlanılır. Halbuki müəllimin müəllimliyi pedaqoji və metodiki biliklərindən başlayır".

 

Elşən Qafarovun fikrincə, problemlərin həlli üçün müəyyən işlər görülür, zamanla aradan qalxacaq.

 

"İnanırıq ki, Azərbaycan sistemində effektiv tədrisin təşkili və idarə etmədən nə vaxtsa danışmaq olar".

 

Sayad Qoşnalıyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər