00:00:00
Yazar
Admin User
29.08.2023 12:57 317 1 dəq oxuma
Sosial

"EG.5 daha tez yoluxsa da, daha yüngül formada keçir"

"EG.5 daha tez yoluxsa da, daha yüngül formada keçir"

     EG.5 Covid-19-un Omikron variantının alt növüdür və bütün dünyada yayılan digər variantlarla sıx bağlıdır.

   Virusun mutasiya edilmiş versiyası kimi tanınır. Bu barədə "İnformator.az"a məlumat verən infeksionist Mərdan Əliyev bu xəstəliyin nisbətən digər variantlardan daha yüngül olduğunu bildirib. "Eris adlandırılan, amma elmi adı ilə EG.5 olan Omikron ştamının altvariantıdır. Bu altvariant Omikrondan daha yoluxucu olması ilə fərqlənir. Omikron variantı 1 metr məsafədən yoluxurdusa, bu artıq daha qısa məsafədən yoluxa bilər. Buna baxmayaraq, bu variantın patagenliyi nisbətən daha yüngül formadadır".
   Qeyd edək ki, Azərbaycanda EG.5 ştamının olması ilə bağlı rəsmi məlumat yoxdur. Hələ ki, ölkədə epidemioloji vəziyyət nəzarət olunandır.

 

Nigar Xəlilzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər