Ekskavator operatoru Mehman Həsənovun vəziyyəti stabildir
Ermənilərin Ağdamı atəşə tutması nəticəsində xəsarət alan ekskavator operatorunun vəziyyəti stabildir.
Qəlpə yaraları alan 32 yaşlı Mehman Həsənov Ağdam rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Sağ diz və sol dirsək nahiyələrinin qəlpə yaralanması diaqnozu ilə xəstəxanaya gətirilən Həsənovun yaraları cərrahi işlənilib, lazımı tibbi yardım göstərilib. Hazırda müalicəsi davam etdirilir.
O bildirib ki, şəhər salmada işləyirmiş: “Bizim heç nədən xəbərimiz yox idi. Atışma oldu və mən özüm işləyərkən top mərmisinə tuş gəldim. Sepli 930-luq ekskavator idi. Onun içindəydim. Səs-küy eşidəndən sonra bilmədim nə baş verdi. Atışma oldu, top mərmisinə tuş gəldim. Qəlpə yarası aldım. Diz-qol nahiyələrimd ən yaralandım. Texnikaya da ziyan dəydi”.
