“El Clasico” öncəsi “Barcelona” zədə böhranı yaşayır
“Barcelona” şənbə günü “Girona” ilə oyundan əvvəl ciddi zədə problemi ilə üzləşib. Komandanın səkkiz əsas oyunçusu sıradan çıxıb. Robert Lewandowski millidən bud əzələsində yırtıqla qayıdaraq zədəlilər siyahısına əlavə olunub. Dani Olmo, Gavi, Lamine Yamal, Fermin Lopez, Raphinha, Joan Garcia və Marc-André ter Stegen də zədəlidirlər.
Bu itkilər heyətin 30%-dən çoxunu əhatə edib. Komanda Çempionlar Liqasında “PSG”yə 2:1, La Liqada isə “Sevilla”ya 4:1 uduzaraq ardıcıl məğlubiyyətlər alıb.Gavi, Garcia və Ter Stegen uzun müddət oynamayacaq, Lewandowski və Olmo da “El Clasico”nu buraxacaq. Yamal və Lopezin “Girona”ya qarşı oynaması mümkündür, Torres isə “Real Madrid”lə oyuna qədər istirahət edir.
Reuters
Mələk Nəsirli
