00:00:00
Yazar
Admin User
09.10.2023 16:29 355 1 dəq oxuma
Sosial

Elə xarici universitetlər var ki, onların diplomu nəinki Azərbaycan, qonşu dövlətlərdə də tanınmır

Elə xarici universitetlər var ki, onların diplomu nəinki Azərbaycan, qonşu dövlətlərdə də tanınmır

“Abituriyentlərin bir çoxu yetərli keçid balını toplaya bilməyib, universitetlərə qəbul olmadıqlarına görə xaricə üz tuturlar”.

Bu sözləri İnformator.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri deyib. Ekspertin sözlərinə görə, xaricdə təhsil deyədə attestatla qəbul edən universitetləri nəzərə almalıyıq.

“Xaricdə oxumaq o qədər də asan deyil. Söhbət əsl beyin gücünə, dövlət hesabına, nüfuzlu ali təhsil müəssisələrindən gedir. Avropanın belə az nüfuza malik universitetlərində attestatla təhsil almaq bizim bəzi universitetlərimizdə təhsil almaq kimidi. Dövlət tərəfindən qeydə alınan ali təhsil müəssisələrində tələbə oxuyur, sonda ixtisası üzrə diplom alır.
Amma indi elə xarici universitetlər var ki, onların diplomu nəinki Azərbaycan, heç həmin dövlətə qonşu olan bölgələrdə də tanınmır. Bu halda tələbənin 4 ili puç olur, formal hesab edilir. İndi bazarda meyvə-tərəvəz satışı ilə məşğul olan elə adamlar var ki, xaricdə oxuduğunudeyir. Amma elə universitetin adını çəkir ki, o müəssisəni heç öz ölkəsində belə tanıyan yoxdu”.

Həcər Əmiraslanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər