00:00:00
Yazar
Admin User
14.06.2023 09:36 477 1 dəq oxuma
Sosial

Elçin Əfəndi abituriyentlərin ağlasığmaz köçürmə cəhdlərinə fikir bildirib

Elçin Əfəndi abituriyentlərin ağlasığmaz köçürmə cəhdlərinə fikir bildirib

"Abituriyent ali təhsil müəssisələrinə qəbul imtahanında köçürməyə cəhd edirsə, deməli, savadı yoxdur. O, yalnız köçürüb, kiminsə haqqını tapdamaqla nəticə əldə edəcək".

 

Bu fikirləri təhsil eksperti Elçin Əfəndi universitetlərə qəbul olmaq istəyən bəzi abituriyentlərin ağlabatmaz cəhdlərindən danışarkən deyib. Mütəxəssis diqqətə çatdırıb ki, abituriyentin savadı, özgüvəni, biliyi, bacarığı, potensialına arxayınlığı yoxdursa, hansısa üsulla universitetə qəbul olmasının tərəfdarı deyil:

 

"Bir il ərzində həmin şəxs kənarda saxlanılmalı, təcrid edilməlidir. Əks halda ona bu imkan, şərait yaradılarsa, gələcəyin harınlamış məmuru olacaq. Dövlət büdcəsini çapıb, talamaq üçün müxtəlif yollara əl atacaq. Ona görə də, yəqin ki, Dövlət İmtahan Mərkəzi (DİM) mövcud situasiyada kompromisə getməyəcək. Bu gün kimsə ağıllı saat, mobil telefon və digər köçürmə üsullarına əl ataraq, imtahan gedişatında həqiqi biliyi ilə müsabiqədə iştirak edənin haqqına girirsə, rəqibinin əvəzinə məhz köçürən universitetə qəbul olursa, hansı ədalətdən danışa bilərik?!  Həmin abituriyentlər növbəti il təşkil olunacaq imtahanda iştirak etmək üçün yenidən hazırlaşmalıdırlar".

 

Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul imtahanına gedən bəzi abituriyentlər müxtəlif köçürmə üsullarına cəhd edirlər. Kimisi telefon, kimisi kəsici, deşici alətlər keçirməyə çalışmaqla, kimisi də cadu ilə uğurlu nəticə əldə edəcəyinə inanaraq, analoji ağlasığmaz hərəkətlər sərgiləyir.

 

Sərxan Abbasəliyev

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər