00:00:00
Yazar
Admin User
18.07.2025 06:14 159 1 dəq oxuma
İdman

Elçin Məsiyev Çempionlar Liqasının oyununu idarə edəcək

Elçin Məsiyev Çempionlar Liqasının oyununu idarə edəcək

FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

 

"İnformator.az" Apasport.az-a istinadən xəbər verir ki, Məsiyev UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Riyeka” (Xorvatiya) - “Lüdoqorets” (Bolqarıstan) qarşılaşmasının baş hakimi olacaq.

 

Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

İtaliyalı Canluka Aureliano VAR, digər referimiz Əliyar Ağayev isə AVAR kimi fəaliyyət göstərəcək.

 

Görüş iyulun 23-də Riyeka şəhərində yerləşən eyniadlı stadionda keçiriləcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər