00:00:00
Yazar
Nərmin Həşimova
23.07.2026 19:14 21 2 dəq oxuma
Sosial

Elektron diplomlar məzunlara təqdim olunur- AÇIQLAMA

Elektron diplomlar məzunlara təqdim olunur- AÇIQLAMA

Azərbaycanda ali təhsil pilləsində məzunlara elektron diplomların verilməsinə başlanılıb.

 

Mövzu ilə bağlı təhsil eksperti Afərim Seyidova “İnformator.az”a açıqlamasınsa bildirib ki, elektron diplomlar cəmiyyətdə birmənalı qarşılanmadı: 


“Bunun guya mənfi tərəflərini qabardanlar oldu və müsbət cəhətlərindən daha çox mənfi tərəfləri ön plana çəkildi. Bu, yeni bir şeydir və biz hələ rəqəmsallaşmaya tam öyrəşməmişik. Hələ də rəqəmsallaşmanın bu elektron variantını qəbul etmək istəmirik. Düzdür, elektron diplomlar ,əsasən, tələbələrə, yəni gənc nəslə təqdim olunduğu üçün onlar daha çox şöhrət, sosial şəbəkələrdə paylaşım etmək istədiklərindən elektron diplomu qəbul etmək istəmirlər. Gənc nəslə elə gəlir ki, diplom əlində kağız formada olmasa, sanki onu əldə etməyib. Amma bunun üstün cəhətləri çoxdur. Operativliyi, dəqiqliyi və vaxt itkisini aradan qaldırması baxımından üstün tərəfləri kifayət qədərdir. Məsələn, adi kağız diplomlar itə bilirdi və bunun üçün universitetə yenidən müraciət etmək, vaxt itirmək lazım gəlirdi. Hazırda isə bunlar elektron formada yüklənir və istənilən yerə müraciət etdikdə vaxt itkisi olmur. Bundan əlavə, həmin anda operativ şəkildə yoxlanılır və burada şəffaflıq da qorunur. Artıq bunların başqa formatda, qanundankənar şəkildə hazırlanması da minimuma enəcək. Sənədləri toplamaq, qovluqlarda saxlamaq, iş yerinə təqdim etmək kimi məsələlər artıq köhnə dövrün problemləri olaraq qalır. Biz müasir rəqəmsallaşma prosesinə uyğunlaşmalıyıq. Hətta təəssüf doğuran haldır ki, gənc nəsil buna uyğunlaşmaq istəmir. Halbuki buna bütün nəsil nümayəndələri uyğunlaşmalı və qəbul etməlidirlər. Bunun müsbət tərəflərini cəmiyyətə aşılamalıyıq. Həm universitetlər, həm iş yerləri, həm də dövlət qurumları vasitəsilə tələbələr üçün maarifləndirici çıxışlar olmalıdır ki, elektron diplomların gələcək üçün çox aktual və optimal variant olduğu izah edilsin. Son olaraq deyim ki, elektron diplomların səmərəli şəkildə tanınması və qəbul edilməsi vacibdir. İstər universitet məzunu özəl sektora, istərsə də dövlət qurumuna müraciət etsin, elektron diplomların tanınması və qəbul olunması mühüm əhəmiyyət daşıyır. Bu, dövlətin atdığı çox uğurlu addımdır. Elektron diplomlar məlumat təhlükəsizliyi, rəqəmsal platformaların fasiləsiz işləməsi, istifadəçi və sənədi qəbul edən qurum üçün əlçatan olması baxımından müsbət qərardır. Bu həm işəgötürənlər, həm də vətəndaşlar üçün qənaətlidir, şəffaflığı və etibarlılığı artıran bir yenilikdir”.


Nurgün Qənizadə

#elektron #diplom #başlanıb #verilir
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər