00:00:00
Yazar
Nərmin Həşimova
28.09.2026 21:04 212 2 dəq oxuma
Sosial

Elektron siqaret asılılığının fəsadları- AÇIQLAMA

Elektron siqaret asılılığının fəsadları- AÇIQLAMA

Son illərdə gənclər arasında sürətlə yayılan elektron siqaretlər gələcəyimizi təhdid edən səssiz bir asılılıqdır. Ənənəvi  siqaretə nisbətən "daha zərərsiz" olduğu iddiası ilə  təbliğ olunan elektron siqaretlər, mütəxəssislərin  həyəcan təbili çalmasına səbəb olur.


Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında həkim, professor Adil Qeybulla bildirib ki, siqaret çəkmək çox zərərli vərdişdir:


“İstər ənənəvi siqaretlərin, istərsə də elektron siqaretlərin  insan sağlamlığına təhlükəsi danılmazdır. Elektron siqaretlərdə əmələ gələn maddələr, buxarlar kanserogen maddələrdir. Bunlarda xərçəng şişinin əmələ gəlməsi üçün bir fondur. Onu da əlavə etmək lazımdır ki, siqaret, tütün və tənbəki demək olar ki,zərərlilik indeksinə görə bir qəbildəndir.  Elektron siqaretlərdən istifadə edən şəxs, digər insanların sağlamlığını mütləq şəkildə düşünməlidir. Əfsuslar olsun ki,  insanların kütləvi toplaşdığı yerlərdə, tədris müəssisələrində,şadlıq evlərində, xüsusilə qapalı yerlərdə siqarətdən sərbəst şəkildə istifadə edilir. Buna qəti şəkildə yol vermək olmaz. Dünyanın hər yerində sosial diskriminasiya mövcuddur. Siqaret çəkən insan onun üçün ayrılan xüsusi yerə gedib siqaret çəkməlidir. Belə olan halda həmin siqaret çəkən şəxs artıq müəyyən qədər dərk edir ki, hansısa pis vərdişlə məşğuldur ki, onun üçün bu yer ayrılıb. Lakin sosial diskriminasiya amili bizdə yoxdur. Necə ola bilər ki, tələbə auditoriyalarında, binalarda insanların fəaliyyət göstərdiyi yerlərdə siqarətdən istifadə edəsən? Bu hal isə digər insanların sağlamlığı üçün də ciddi təhlükələr yaradır. Nəzərə almalıyıq ki, bu insanlara hamilə qadınlar, yaşlı insanlar və uşaqlarda daxildir. Ümumiyyətlə,hesab edirəm ki, məsələyə çox ciddi yanaşılmalıdır".


Səkinə Musayeva

#baki #asılılığının #fəsadları- #yeni #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər