Elektron siqaret insanlarda niyə maraq doğurur?
Elektron siqaretin xüsusi hazırlanmış tüstüsü var. Bu tüstü siqaret çəkən zaman elektron siqaretdən havadan ibarətdir. Onun tüstüvermə effekti öz xüsusiyyətlərinə görə seçilir.
Bəs elektron siqaretlərin təsiri nələrdən ibarətdir?
İqtisadçı ekspert Xalid Kərimli qeyd edir ki, "ənənəvi siqaretlərin elektron siqaretlərə keçmə səbəbi kimi böyük siqaret şirkətlərinin öz bizneslərini qorumaq cəhdlərini göstərmək olar. Ənənəvi olaraq tütün asılılıq yaradır, öldürür, sağlamlığınıza ziyandır kimi təbliğatlar onları narahat edib ki,onların biznesinin sonrakı taleyi sual altına düşə bilər. Onlar da alternativ çıxış yolları düşünməyə başlayıblar. Onlardan biri də məhz elektron siqaretdir. Normal siqaret istifadəsi zamanı ağızda qoxu, dişlərdə ləkə kimi hallar müşahidə olunur. Buna görə də elektron siqaret tez zamanda təbliğ olunub. İnsanlar marketinqini aparıblar, təbliğ ediblər və nəticədə təlabat yaradılıb. Hazırda siqaret çəkənlərin bir qismini bu istiqamətə yönəldiblər".
ÇİMNAZ MƏMMƏDOVA
