00:00:00
Yazar
Admin User
30.10.2023 16:53 570 1 dəq oxuma
Sosial

Elektron siqaretin insan sağlamlığına zərərləri varmı?

Elektron siqaretin insan sağlamlığına zərərləri varmı?

“Siqaretin zərərləri haqqında nə qədər danışılsa da, siqaretdən istifadə edənlərin sayı çoxalır. Müasir dövrdə elektron siqaretdən istifadə edənlərlə tez-tez rastlaşırıq. İstifadəçilər əsasən gənc və orta nəsildir. Onlar elektron siqareti adi siqaretdən qurtulmaq üçün bir yol olduğunu düşünürlər”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib. Onun sözlərinə görə, elektron siqaretin zərərləri adi siqaretin zərərlərindən az deyil.

 

“Siqaretdən asılı olmaq nikatinə bağlıdır. Siqaretin zərəri, əsasən, onun tərkibində olan qətran maddələri, benzapirin törəmələri, orqanizmə təsir edib, xərçəng və qana keçərək digər xəstəlikləri törədirlər”.

 

Professor qeyd edir ki, həmin siqaretlərdə istifadə olunan müxtəlif maddələrdən əmələ gələn kandensatlar nəfəs yoluna düşür, onların da konserogen təsirləri var.

 

“Bu təsirlərlə xroniki bronxit kimi xəstəliklər yarana bilir. Elektron siqaretlərin orqanizmə heç bir faydası yoxdur. Sadəcə insanlar arasında elektron siqaretin faydaları haqqında danışılır, istənilən halda elektron siqaretdən fayda görmək mümkün deyil”.

 

A.Qeybulla sonda deyib ki, bu gün elektron siqaretdən istifadə edən qadın və kişilərin sayı artıb.

 

“Nəzərə almaq lazımdır ki, elektron və ya adi siqaretin orqanizmə böyük mənfi təsirləri var”.

 

Asiman Hafizqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər