Elm və Təhsil Nazirliyi bütün innovativ təşəbbüslərə, yeniliklərə açıqdır
Elm və Təhsil Nazirliyi hər il azərbaycandilli elektron məzmunun yaradılması və tədrisdə tətbiqi istiqamətdə elektron resurslarhazırlayaraq istifadəyə verir. Hazırda www.edu.az portalında ümumtəhsil və peşə təhsili üzrə teledərslər, peşəkar müəllimlərin dərs izahları, 3D animasiy alı videolar, STEAM üzrə videodərslər, “Khan Academy” dərsləri olmaqla ümumilikdə 17 317 resurs mövcuddur.
İnformator.az-ın müsahibi, təhsil eksperti İlqar Orucov elektron və açıq tədris resuslarının istifadəyə verilməsini müasir dövrlə ayaqlaşan yanaşma hesab edir. "Elm və Təhsil Nazirliyinin www.edu.az portalında təhsil alanların isttifadəsinə böyük resurslar verilir. Burada hədəf auditoriya tək məktəblilər yox, tələbələr, məzunlar, eyni zamanda öz-özünə təhsil almaq istəyənlərdir".
İlqar Orucovun sözlərinə görə, təhsil baxımından insanlar üçün geniş imkanlar açılması hər zaman olub və olacaq. "Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiya üzrə Qrant proqramı çərçivəsində çoxlu sayda açıq tədris resursları istifadəyə verilir. Bu cür resursların istifadəyə verilməsinə, doğrudan, da ehtiyac var". Təhsil eksperti Elm və Təhsil Nazirliyinin innovativ təşəbbüslərə, yeniliklərə açıq olmasını müsət qiymələndirir. Deyir ki, bütövlükdə, dünyada gedən özünü təkmilləşdirməyə yönəlmiş bu resurslar insanlar üçün əlçatan olmalıdır, xüsusilə də, Azərbaycan dilində. "Çox sevinirəm ki, Azərbaycanda bu resurslardan istifadə etmək üçün pulsuz imkanlar yaradılmaqdadır".
Sayad Qoşnalıyeva
