00:00:00
Yazar
Səadət Əlizadə
30.06.2026 11:06 25 1 dəq oxuma
Siyasət

Elnur Məmmədov: Sülh sazişi layihəsində itkin düşmüş şəxslərlə bağlı ayrıca maddə yer alıb

Elnur Məmmədov: Sülh sazişi layihəsində itkin düşmüş şəxslərlə bağlı ayrıca maddə yer alıb

Azərbaycanın təşəbbüsü ilə Ermənistanla paraflanmış sülh sazişi layihəsində itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə dair ayrıca müddəa təsbit edilib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Elnur Məmmədov Bakıda keçirilən “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda bildirib.

 

Onun sözlərinə görə, itkin düşmüş şəxslər probleminin həlli bütün tərəflərin birgə səylərini və səmərəli əməkdaşlığını tələb edir:

 

“Azərbaycan humanizm prinsiplərinə sadiq qalaraq 2020-ci ilin noyabrından etibarən döyüş meydanında aşkarlanan 2 mindən çox erməni hərbçisinin meyit qalıqlarını Ermənistan tərəfinə təhvil verib. Bu proses çətin hava şəraitində və yüksək mina təhlükəsi altında həyata keçirilib”. 

 

E.Məmmədov bildirib ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda paraflanmış sülh sazişi layihəsinin 9-cu maddəsi məhz Azərbaycanın təşəbbüsü ilə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə həsr olunub:

 

“2025-ci ilin fevralından etibarən Ermənistanın müvafiq komissiyası ilə üçüncü tərəfin iştirakı olmadan birbaşa əlaqə mexanizmi yaradılıb və bu istiqamətdə müzakirələr aparılır”.

#alıb #şəxslərlə #məmmədov: #düşmüş #maddə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər