Elon Mask Texasdan SpaceX-in birja ticarətinə start verib
SpaceX-in qurucusu Elon Mask bildirib ki, şirkəti ilk yaradanda onun uğur qazanacağına “10 faizdən də az şans” verib. Lakin hazırda SpaceX tarixdəki ən böyük ilkin kütləvi səhm təklifi (IPO) ilə birjaya çıxır.
Mask bu fikirləri şirkətin ABŞ-nin cənubundakı Texas ştatında yerləşən baş qərargahında, səhmlərin rəsmi olaraq ABŞ fond birjasında ticarətə başlamasından əvvəl səsləndirib.
Şirkət rəhbərliyi ticarətin rəmzi başlanğıcını həm Nyu-York şəhərində yerləşən Nasdaq birjasının qərargahında, həm də Texasdakı baş qərargahda keçirilən paralel mərasimlərlə qeyd edib.
BBC
Reyhan Qulizadə