00:00:00
Yazar
Admin User
18.12.2025 18:08 137 1 dəq oxuma
İdman

"Emmanuel komandamıza böyük dəstək olacaq" - Nikola Bozinovski açıqlayıb

"Emmanuel komandamıza böyük dəstək olacaq" - Nikola Bozinovski açıqlayıb

"Naxçıvan" klubu heyətini gücləndirmək məqsədilə Azərbaycan millisinin üzvü Emanuel Aqbasonu mövsümün sonuna qədər komandaya cəlb edib. Basketbolçu klubla ikili lisenziya əsasında müqavilə imzalayıb. Son mövsümü "Sabah"da keçirən Aqbasonun transferinin komandanın mövsüm sonu hədəflərinə müsbət təsir göstərəcəyi gözlənilir.

 

Komandanın baş məşqçisi Nikola Bozinovski "İnformator.az" a açıqlamasında bildirib ki, Sabah klubuna təşəkkür edərək, Azərbaycan millisinin üzvü Emmanuel Aqbasonun komandasına qoşulmasına kömək etdikləri üçün minnətdarlığını bildirib:

 

" Emmanuel böyük potensiala malikdir, lakin bunu meydanda göstərməlidir və üzərində çox iş aparılmalıdır. Onu komandanın 4 və 5 nömrəli mövqelərində görmək olar.   Baş məşqçi həmçinin qeyd edib ki, ikili lisenziya sistemi gənc oyunçulara daha çox məşq və oyunlarda iştirak etmək imkanı yaradır. Onun Emmanueldən gözləntiləri isə bütün məşqlərdə iştirak edərək, özünü yaxşı hazırlaması və matçlarda komandaya daha böyük töhfə verməsidir".

 

"Mən onun komanda üçün böyük kömək olacağına ümid edirəm," - deyə baş məşqçi bildirib.

 

Mələk Nəsirli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər