00:00:00
Yazar
Zəhra Həsənova
09.09.2026 22:33 57 2 dəq oxuma
Sosial

Emosional zəka : Uğurlu karyera intellektdən daha vacibdir? 

Emosional zəka : Uğurlu karyera intellektdən daha vacibdir?

Emosional zəka müasir iş həyatında uğurun əsas amillərindən biri hesab olunur. Yüksək intellekt göstəricisi insanın peşəkar bilik və bacarıqlarını nümayiş etdirsə də, emosiyaları düzgün idarə etmək, ünsiyyət qurmaq və komanda ilə effektiv əməkdaşlıq da karyera inkişafında mühüm rol oynayır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında psixoloq Nabat Mirzəyeva bildirib ki, hər ikisi fərqli funksiyanı göstərir:

 

" " IQ əhəmiyyətsizdir, EQ isə daha vacibdir" demək düzgün deyil. Hər ikisinin də fərqli funksiyasını bilmək və göstərmək önəmlidir. IQ mürəkkəb problemi həll etməyə kömək edir. EQ isə həmin biliyi insanlarla münasibətdə və real iş mühitində effektiv şəkildə istifadə etməyə kömək edir. Yüksək intellekt insanın sürətlə öyrənməsinə, analiz etməsinə və məntiqi qərar verməsinə kömək edir. Çünki burada biz istər-istəməz yüksək intellekt zamanı məlumatı daha yaxşı qavrayır, analiz edir və məntiqi qərarlar veririk. Yüksək IQ, amma zəif EQ olduğu, emosiyaların idarə olunmasının zəif olduğu zaman bu, işə mütləq dərəcədə təsir göstərir".

 

Psixoloqun sözlərinə görə, belə düşünülür ki, işini bildiyi halda bunu insanlarla düzgün şəkildə paylaşa bilmir:

 

"IQ bizə gedəcəyimiz mərhələdə intellektual olaraq güclü olmağımızı, işi rəhbər kimi məntiqi şəkildə idarə etməyimizi, analiz etməyi və məntiqi qərarlar verməyi bacardığımızı göstərən qapıları aça bilər. Ancaq həmin qapının arxasında insanlarla necə münasibət quracağımızı çox vaxt EQ müəyyən edir. Lider yalnız tapşırıq verən insan deyil. Lider insanı oxuya bilən, analiz edə bilən, emosiyalarını idarə edə bilən və komandanın emosional atmosferinə təsir edə bilən bir şəxsdir".

 

 

Müsahibin sözlərinə görə, anadangəlmə xüsusiyyətlər və yaşadığımız mühit nəticəsində EQ zəif formalaşıbsa, biz bunu zamanla inkişaf etdirə bilərik.

 

Selcan Xudiyeva

#yeni #baki #daha #vacibdir? #intellektdən
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər