00:00:00
Yazar
Admin User
11.09.2023 20:34 311 1 dəq oxuma
Sosial

ENDİRİMLƏR BAŞLADI

ENDİRİMLƏR BAŞLADI

  İyulun 19-da başlayan məhərrəmlik ayı avqustun 17-si bitdi. Avqustun 18-dən başlayan Səfər ayı isə sentyabrın 16-da başa çatacaq. Bu səbəbdən toy camiyəsində yaşanan durğunluq yavaş-yavaş aradan qalxır.

   Gəlinlik salonunda artıq demək olar bütün gəlinliklər bron olunub deyilir. Dizayner Yeganə Həsənovanın sözlərinə görə, 2 ay, 3 ya əvvəldən yazılan bronlar var. Gəlinliklərin qiyməti 500 manatdan başlayır, 4000 manata da gəlinlik var.

   Saç ustası Adilə Məmmədova deyir ki, saç və makiyajda endirim nəzərdə tutulmasa da, qiymətlər sərfəlidir. Gəlinin saşı, makiyajı, əlinin manikürü, dırnağı, korona da daxil bəzənmək 150 manata başa gəlir.

   Bütün bunlardan sonra sıra gəlir gəlinlik maşınının kirayəsinə. Avtomobillərin icarəsi ilə məşğul olan Emil Həsənovun sözlərinə görə, 100 manatdan başlayan qiymətlər 800 manatadək yüksəlir. “Bronlarımız var, sentyabr ayı, oktyabr ayı üçün. Düzdür, çox da olmasa da, hələ ki, var amma yəqin toya yaxın artacaq. Əvvəllər 1 ay öncədən yazılırdılar, indi müştərilər 3 gün, 5 gün, 1 həftə qalmış gəlirlər.

Zeynəb

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər