00:00:00
Yazar
Admin User
03.09.2024 14:10 322 1 dəq oxuma
Sosial

Enerji içkilərinin bilinməyən fəsadları

Enerji içkilərinin bilinməyən fəsadları

Günümüzdə gənclərin daha çox istifadə etdiyi və əksəriyyətinin aludə olduğu digər vərdiş enerji içkiləridir.  Bu içkilər insan  bədənini qüvvətləndirib ona enerji versə də, bilinməyən tərəfləri də var.

Bu barədə tibb üzrə ekspert Aydın Əliyev "informator.az"a verdiyi müsahibəsində  enerji içkilərinin fəsadlarından bəhs edib:

"Birmənalı şəkildə enerjili içkilərin qəbul olunmasını, hətta satışını qəbul etmirəm. Nədir enerji içkiləri? Müvəqqəti olaraq insan beynində sakit mühit yaradır. İnsan bir balaca enerjiyə gəlir. Adət edəndə isə insan beynində müvafiq mərkəzləri sakitləşdirir, yorğunluğu aradan götürür, sanki bədənə sərinləşdirici bir əlamət verir. Tərkibində cürbəcür maddələr var. Konkret olaraq insan beynində bəzi mərkəzləri oyadır, bəzilərini isə ləngidir. Digər təsirlərindən biri qanı qatılaşdırır. Qaraciyərin funksiyasını pozur. Maddələr mübadiləsinin pozulmasına gətirib çıxarır. Maddələr mübadiləsi pozulanda insan bədəninin istənilən nöqtəsində patologiyalar yaranır. Qanda, beyində, böyrək sistemində ortaya çıxır. Mədə-bağırsaq sistemi pozulur".

Ekspert mədə-bağırsağın mühitinin pozulmasından da danışıb:

"Əksəriyyət  enerji içkilərini soyuq şəkildə qəbul edir. Bu da mədə-bağırsağın mühitinin pozulmasına səbəb olur.
İnsan bədənin temperaturu 36,5-37 arası olur. Amma, ayrı-ayrı orqanların temperaturu fərqlidir. Məsələn, qaraciyərdə təqribən 38-dir. Həmin enerji içkiləri sadaladığım temperaturların dəyişməsinə səbəb olur. Bunların satışı dayandırılmalıdır.
Enerjili içkiləri psixotrop maddələrə keçid kimi, orqanizmin hazırlığı kimi də qəbul etmək olar".

Lalə Qafarova 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər