Epşteyn: Hesabvericilik necə görünəcək?
Ceffri Epşteyn və onun nüfuz, güc şəbəkəsində olanlarla bağlı qəzəb heç vaxt bitmir.
Hesabvericiliyi tapmaq isə daha mürəkkəb məsələdir, çünki faylların açıqlanmasının təsirləri hökumətə, siyasətə, akademiyaya, biznesə və Hollivuda yayılıb.
Xüsusilə, Epşteynin qurbanı Virdjiniya Giuffre tərəfindən ona qarşı təcavüz ittihamı irəli sürülmüş sabiq Britaniya şahzadəsi Endryu Mauntbatten-Vindsor krallıq titulunu və iqamətgahını itirib və Böyük Britaniyada cinayət təhqiqatı ilə üzləşir. Endryu ittihamı rədd edir. Amma unutmayın: onun adı Epşteyn qurbanı tərəfindən ilk dəfə açıq şəkildə irəli sürüləndən illər keçib.
Cnn News
Ədilə Hüseynzadə
