Ergin Ataman EuroBasket 2025-in “Ən Dəyərli Baş Məşqçisi” seçilib
2025-ci il Avropa Basketbol Çempionatında (EuroBasket 2025) Türkiyə Milli Komandasını gümüş medala daşıyan Ergin Ataman turnirin “Ən dəyərli baş məşqçisi” adına layiq görülüb.
Ataman bu mükafata çempionata akkreditə olunmuş mətbuat nümayəndələrinin səsverməsi nəticəsində layiq görülüb.
Turnirin digər fərdi mükafatları da açıqlanıb: “Ən yaxşı müdafiəçi” mükafatı Almaniya təmsilçisi İsaak Bonqaya, “Rising Star” mükafatı isə finlandiyalı Miikka Muurinenə təqdim edilib.
2025-ci il Avropa Çempionatı üçün “İlk İkinci 5-lik”də Türkiyə Milli Komandasından kapitan Cedi Osman yer alıb. Siyahıda onunla yanaşı Jordan Loyd (Polşa), Deni Avdiya (İsrail), Lauri Markkanen (Finlandiya) və Nikola Jokiç (Serbiya) də yer alıb.
TRT XƏBƏR
Ləman Mahmudlu
