Erik Qarsiya: “Superkuboku qazanmaq bizə daha çox inam verəcək”
““Barselona”nın müdafiəçisi Erik Qarsiya İspaniya Superkubokunun finalı ərəfəsində klubun YouTube kanalında azarkeşlərin suallarını cavablandırıb. O, “Atletik” üzərində 5:0 hesablı qələbədən sonra komandanın əhval-ruhiyyəsinin yüksək olduğunu bildirib.
31 yaşlı futbolçu Superkubokun əhəmiyyətini vurğulayaraq, bu titulu qazanmağın komandaya mövsümün davamı üçün əlavə motivasiya və inam verəcəyini qeyd edib: “Bu klubda oynayırıqsa, qalib gəlməliyik”. Qarsiya həmçinin komandanın stabil oyunundan, özünün bir neçə mövqedə çıxış etməsindən və baş məşqçi Hansi Flikin futbolçularla yaxın ünsiyyətindən razı qaldığını bildirib.
FC Barcelona
Nazim Xeyrxəbərli
