00:00:00
Yazar
Admin User
28.08.2023 08:23 395 1 dəq oxuma
Sosial

"Eris"ə yoluxma olsa da, daha yüngül keçəcək

"Eris"ə yoluxma olsa da, daha yüngül keçəcək

  Payız mövsümi yaxınlaşdıqca xəstəliklər də artır. Bəs, bu xəstəliklər qripdir, yoxsa koronavirus? Və ya Covid-19 mutasiyaya uğrayaraq yeni viruslar yaradır? Dünya Səhiyyə Təşkilatının direktoru Tedros Qebreyesus Cenevrədə keçirilən brifinqdə ölkələri virusdan qorunmaq üçün tədbirləri gücləndirməyə səsləyib. Bildirib ki, koronavirusun Omicron ştammının yeni alt variantı olan "Eris" adlanan EG.5 mutasiyası bir neçə ölkədə sürətlə yayılaraq ciddi yoluxma və ölüm halları yaradıb.

  Mütəxəssislər virusun ölkəmizə gəlməsini istisna etmirlər. İnfeksionist Mərdan Əliyevin sözlərinə görə, "Eris"in Azərbaycanda yalnız payız və qış mövsümündə rast gəlinə bilər. “Bizdə artıq əhali kollektiv immunitet formalaşıb, hər kəs bu virusa 1 dəfə, hətta 1 neçə dəfə yoluxub, sağalıb. Bu səbbədən də Azərbaycana gəlməsini təhlükəli hesab etmirik. Çünki olsa da, virulent və patugenliyi daha zəifdir. Yoluxma olsa da, daha yüngül keçəcəyini proqnozlaşdırırıq”.

  İnfeksionist Mərdan Əliyev deyir ki, dünyada yeni yayılan virus digər yoluxucu xəstəliklərdən bir sıra simptomlarla fərqlənir. Bunu dəqiqləşdirmək üçün burun və boğazdan xüsusi yaxma analizi götürülür. “Belə xəstələri biz analizə göndəririk. Simptomplarına görə də fərqləndirmək olur. Koronavirusda ön planda halsızlıq, bədən hərarətinin yüksəlməsi olur. Digər kəskin resperator virus infeksiyalarında isə burun axma, boğaz qıcıqlanması müşahidə edilir”.

   Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi isə hazırda Azərbaycanda COVID-in yeni ştamlarının aşkarlanmasını faktını təsdiqləməyib.

PƏRVİN

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər