00:00:00
Yazar
Admin User
07.09.2022 16:43 502 1 dəq oxuma
Sosial

“Erkən diaqnoz sağlamlığın yoludur” adlı layihəyə start verilib

“Erkən diaqnoz sağlamlığın yoludur” adlı layihəyə start verilib
“Erkən diaqnoz sağlamlığın yoludur” adlı layihəyə start verilib

"Sağlamlığın Qorunması" İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.09.2022-ci il tarixindən Erkən diaqnoz sağlamlığın yoludur” adlı layihəyə start verib. Layihə rəhbəri Yazgül Abdıyevanın məlumat verərək bildirdi ki, bu gün sağlamlığımızın qorunması gələcəyin sağlam nəsli deməkdir. Elə xəstəliklər var ki, onun əlamətələrini əvvəlcədən biləndə müalicəsidə asan olur. Bu xəstəliklərdən bir də ürək damar xəstəliyidir. Xəstəliyin gec aşkarlanması, tədbirlərin görülməməsi onun ölümcül olmasını bir az da tezləşdirir. Bunun baş verməməsi üçün hər birimiz xəstəliyin əlamətlərini bilməli, bu barədə maariflənməliyik. Xəstəliyin erkən aşkarlanması sağalmaq şansının da yüksək olmasına imkan verir. Bu səbəbdən insanların onların sağlamlığı üçün ürək damar xəstəliklərlə bağlı maariflənməsinə və özünü qorumasına ehtiyac var.Ən geniş yayılan və ağırlaşmalara, ölümə səbəb olan xəstəliklər sırasında ürək problemləri ilk yerlərdə gəlir. Son illər ürək problemlərinin yaşı xeyli cavanlaşıb. Mütəxəssislər hesab edir ki, ürək problemləri vaxtında aşkarlananda hər hansı fəsada səbəb olmur və əksər hallarda aradan qaldırılır. Ona görə də profilaktiki olaraq müayinələrdən keçmək və ilkin əlamətlərə diqqət yetirmək hər birimizin bilməsi vacibdir. Doğrudur, ürək damar xəsəliyi qlobal problemə çevrilməyib, amma o da digər xəstəliklər kimi insan sağlamlığını təhdid edir və ölümcüldür. Bu səbəbdə də maarifləndirmə vacibdir.

Layihə Gədəbəy rayonunda icra olunacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər