ERKƏN YAŞDA AİLƏ QURAN QIZLARIN ÖVLADLARI İLƏ DAVRANIŞI BƏRBAD VƏZİYYƏTDƏDİR
Günümüzün aktual məsələlərindən biri erkən yaşda ailə quran qızlarla bağlıdır, əlbəttə, buna səbəb olan valideynlərdir.
Ailə və uşaq psixoluqu Aynur İsmayılova bu məsələnin mənfi cəhətlərini qeyd edib. "Bizim adət-ənənələrimizə, keçmişdən kökən qaydalarımıza uyğun Cəlil Məmmədquluzadənin ,Mirzə Ələkbər Sabirin əsərlərində bu mövzu olub. Bu qayda bir çox bölgələrimizdə hələ keçməyib, yəni qızların erkən yaşda ərə verilməsi, artıq bir qayda-qanun sayılır. Bunun mənfi təsirləri var. Qızların erkən yaşda ərə verilməsi öncə onların psixoloji və fizoloji ailə qurmağa hazır olmamağıdır. Bir qızın bədəni 18 yaşından sonra daha çox fizoloji cəhətdən inkişaf etməyə başlayır, bunun psixoloji tərəfini də qeyd etmək lazımdır. Erkən ailə quran qızların əksəriyyətinin övladları ilə davranış qaydaları bərbad vəziyyətdədir. Səbəb onların özlərinin uşaqlıqdan ayrılmamağıdır. Nəzərə alaq ki, yeniyetməlik yaşı tam 24 yaşında bitir. Onlar hələ yeniyetməlik yaşını bitirməmiş ana olurlar və uşaq tərbiyəsində də boşluqlar yaranır.
Bəs bu adətin cənub bölgəsində geniş yayılmasına səbəb nədir?
Psixoloq bu məsələyə də aydınlıq gətirib. "Tarixən bu hər yerdə, cənub və isti bölgələrdə mövcuddur.Əslində hansı bölgədə iş ehtiyacı çoxdursa, yəni iş ehtiyacı olaraq, həmin bölgədə əkinçilik, maldarlıq daha çox üstünlük təşkil edir. Eyni zamanda cənub bölgəsində tərəvəzçilik özüdə bir iş olaraq çox tələbata ehtiyac duyur, nəticədə tarixən isti bölgələrdə hər zaman insanlar elə qiymətləndirirlər ki, qızlar cinsi yetkinlik dövrünə daha tez çatırlar.Onlar bunu böyümək hesab edirlər, amma bunlar bölgəsəldi, keçmiş və əski fikirlərdir.Bu xanım və ya qız,14 yaşına çatdısa və bədəni böyümüşsə, artıq gedib hər hansısa ailəni də saxlaya bilər prinsipi ilə yanaşırlar''.
ÇİMNAZ MƏMMƏDOVA
