00:00:00
Yazar
Zəri Bayramlı
15.07.2026 14:11 22 1 dəq oxuma
Dünya

Ermənistan hökuməti ABŞ ilə TRIPP üzrə sazişin ratifikasiyasını müzakirə edəcək

Ermənistan hökuməti ABŞ ilə TRIPP üzrə sazişin ratifikasiyasını müzakirə edəcək

Ermənistan və ABŞ arasında TRIPP (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) layihəsi çərçivəsində imzalanmış strateji tərəfdaşlıq haqqında çərçivə sazişinin ratifikasiyası məsələsi hökumətin iyulun 16-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.

 

"İnformator.az" “Armenpress”ə istinadən  xəbər verir ki, Ermənistan hökuməti sazişin ratifikasiyası haqqında qanun layihəsinin təsdiqlənməsini təklif edir. Layihə hökumət iclasında məruzəsiz baxılacaq məsələlər sırasındadır.

 

Çərçivə sazişi 2026-cı il iyunun 1-də Vaşinqtonda, iyunun 4-də isə İrəvanda imzalanıb.


Sazişdə nəzərdə tutulan öhdəliklərin Ermənistan Konstitusiyasına uyğunluğunun müəyyən edilməsi məqsədilə sənəd Konstitusiya Məhkəməsinə göndəriləcək.

 

Əgər Konstitusiya Məhkəməsi sazişin müddəalarının Konstitusiyaya uyğun olduğu qənaətinə gəlsə, hökumətin qanunvericilik təşəbbüsü müəyyən olunmuş qaydada Ermənistan Milli Məclisinə təqdim ediləcək.

#ermənistan #gündəm #abş #müzakirə #tripp
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər