00:00:00
Yazar
Səmayə Səftərova
01.06.2026 20:57 100 1 dəq oxuma
Dünya

Ermənistanda seçki öncəsi Rusiya gərginliyi

Ermənistanda seçki öncəsi Rusiya gərginliyi

Ermənistan iyunun 7-də keçiriləcək parlament seçkilərinə hazırlaşarkən, Avropa İttifaqı ilə İrəvan arasında yaxınlaşmaya qarşı çıxan Rusiya bir müddətdir gərgin olan ikitərəfli münasibətləri diplomatik və iqtisadi addımlarla böhran həddinə çatdırıb.

 

Rusiya həftəsonu Ermənistandakı səfirini "məsləhətləşmələr" üçün Moskvaya geri çağırıb. Həmçinin ölkənin balıqçılıq sektorunun təxminən 30 faizini əhatə edən dəniz məhsullarının idxalına qadağa tətbiq etdiyini açıqlayıb. Rusiya Prezidenti Vladimir Putin və Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinə üzv ölkələr İrəvanı Avropa İttifaqına üzvlük niyyətini mümkün qədər tez referendum yolu ilə xalqın müzakirəsinə çıxarmağa çağırıblar.

 

 

 BBC NEWS

 Səmayə Səftərova

#Ermənistan #Rusiya #seçki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər