00:00:00
Yazar
Admin User
03.08.2023 08:54 307 1 dəq oxuma
Sosial

Erməni təxribatları nəyə ünvanlanıb?

Erməni təxribatları nəyə ünvanlanıb?

Avqustun 1-i Ermənistan vətəndaşı Rəşid Beqleryan Laçının Zabux kəndi ərazisində dövlət sərhədini pozaraq, Azərbaycana qanunsuz daxil olduğu üçün saxlanılıb.

 

Məsələ ilə bağlı qondarma qurumun açıqlamasında bildirilib ki, həmin şəxs sərxoş olduğu üçün azıb və Azərbaycan Ordusunun nəzarət etdiyi əraziyə keçib. Siyasi şərhçilər isə baş verənləri təxribat kimi qiymətləndirir. Politoloq Elçin Mirzəbəyli deyir ki, şübhəsiz ki, bütün bunlar təsadüfi deyil, biz daha öncə də oxşar proseslərin baş verdiyinin şahidi olmuşuq: “Məsələ burasındadır ki, bu proseslər paralel şəkildə həyata keçirilir. Ermənistanın Azərbaycan sərhəddindəki təxribatları, eyni zamanda separatçıların paralel olaraq ermənilərlə həmahəng atdığı addımlar düşünülmüş təxribatlardır. Bundan öncəki hadisələrdə də biz həm sərhəd təxribatlarında, həm seperatçıların törətdiyi təxribatlarda, prosesin paralel şəkildə aparıldığının şahidi olduğumuz üçün düşünürəm ki, bütün bunlar artıq Azərbaycanda heç kimi təəcübləndirmir. Bu istiqamətdə də Azərbaycanın atdığı addımlar məqsədyönlü xarakter daşıyır”.


Yeri gəlmişkən, Ermənistanın ən böyük qənnadı şirkəti şərti sərhədə iki yük avtomobili göndərir. Xatırladaq ki, iyulun 26-da İrəvanın Qarabağdakı ermənilər üçün guya “humanitar yardım” adı ilə göndərdiyi tırlar, “Laçın” postunun önündə hələ də gözləmə mövqeyindədir.

Aysu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər