00:00:00
Yazar
Admin User
07.02.2026 10:48 61 1 dəq oxuma
Dünya

Ermənilər Azərbaycanla sərhəddəki bu 2 kəndi boşaldıb

Ermənilər Azərbaycanla sərhəddəki bu 2 kəndi boşaldıb

Ermənilər Göyçə mahalının Basarkeçər rayonu ərazisində, Azərbaycanla sərhəddə yerləşən Yuxarı Şorca və Aşağı Şorca kəndlərini boşaldıblar.

 

"İnformator.az" bu barədə “Hraparak”a istinadla məlumat verir.

 

Nəşrə danışan kənd sakinləri bildiriblər ki, kəndin bir hissəsi ümumiyyətlə köçüb gedib, digərləri isə qış aylarına görə Basarkeçərə yerləşiblər. Kənd icmasının rəhbəri ümid etdiyini bildirib ki, yaz aylarında, əkin zamanı onlardan bəziləri əkin-biçin niyyəti ilə müvəqqəti olaraq qayıdacaq.


Sakinlərin köçməsinə səbəb qış aylarında kəndə gediş-gəlişin kəsilməsi, yolların qar altında qalması və kənddə şəraitin olmamasıdır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər