00:00:00
Yazar
Admin User
11.04.2023 19:59 558 2 dəq oxuma
Sosial

"Ermənilər hər təxribatda bugünkü kimi cavablarını layiqincə alacaqlar" - Mübariz Göyüşlü

"Ermənilər hər təxribatda bugünkü kimi cavablarını layiqincə alacaqlar" - Mübariz Göyüşlü

"Hər dəfə cavablarını alırlar, lakin bu, onlara dərs olmur".

 

Bu fikirləri İNFORMATOR.AZ-a siyasi şərhçi Mübariz Göyüşlü ermənilərin sonuncu təxribatından danışarkən deyib.


Onun sözlərinə görə, ermənilər Azərbaycanın xoş niyyətindən istifadə edirlər:

 

"Bu, ermənilərin növbəti xain davranışıdır. Hesab edirəm ki, Azərbaycanın xoş niyyət nümayiş etdirməsinin, sülh məsələsinə köklənməyinə onların xain münasibətidir. İçimiz yanır qəlbimiz sızlayır. Yenə gənc övladlarımız vətən uğrunda şəhid olur. Təəssüf ki, bizim də qismətimizdə belə bir xain qonşu ilə birgə yaşamaq var.

 

Mübariz Göyüşlü əlavə edib ki, rəşadətli ordumuz şəhidlərimizin qısasını layiqincə alır:

 

"Hesab edirəm ki, bugünkü şəhidlərimizin, yaralılarımızın qisasını artıqlaması ilə Azərbaycanın qəhrəman əsgər və zabitləri alırlar. Erməni tərəfi çox ciddi itki verib. Hər dəfə təxribat edirlər, qətiyyətli şəkildə cavablarını alırlar, lakin, bu onlara dərs olmur. Avropadan, şimaldan, cənubdan bəzi qüvvələrin onları həvəsləndirməsi ermənilərə hər dəfə baha başa gəlir. Paşinyan və onun ətrafı bu cür təxribatlardan özlərinə xal toplayır, siyasi maliyyə kapital toplayır və itirən erməni tərəfi olur. Ancaq onlar bilməlidirlər ki, Azərbaycan heç bir təxribata yol verməyəcək, vermir də. Unutmasınlar ki, 90-cı illərdə olan vəziyyət deyil. Bu gün Azərbaycan ordusu kifayət qədər güclüdür. Biz sülh məsələsinə qarşılıq veririk. Hər təxribatda ermənilər bugünkü kimi cavablarını layiqincə alacaqlar".

 

Qeyd edək ki, aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribatın nəticəsində üç hərbi qulluqçumuz Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.

 

Xəyalə Rza

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər