00:00:00
Yazar
Admin User
05.07.2023 11:15 301 2 dəq oxuma
Sosial

Ermənilərin beynəlxalq yarışda növbəti rüsvayçılığı

Ermənilərin beynəlxalq yarışda növbəti rüsvayçılığı

Ermənilər Batumidə karate üzrə keçirilən çempionatda Azərbaycan bayrağına münasibətdə təxribat törətmək, münaqişə yaratmaq istəyiblər. Belə ki, sosial şəbəkələrdə ermənilərin öz bayraqları ilə Azərbaycan bayrağının üstünü örtməyə çalışdıqları görüntülər yayılıb. Görüntünün sonunda Ermənistan bayrağının ayaq altında olduğu görünüb.

 

Ermənilər öz bayraqları ilə Azərbaycan bayrağının üstünü bağlamağa çalışsalar da, idmançımız daha irəli getməklərinə şərait yaratmayıb. Bununla da, çempionatda iştirak edən ölkələrin nümayəndələri qarşısında Ermənilər bir daha özlərini ifşa etdilər. Dövlət simvollarına qarşı hörmətsizlik isə cinayətdir. Siyasi şərhçilər isə bu məsələ ilə bağlı məsuliyyətin Ermənistan hökumətinin üzərinə düşdüyünü deyirlər.

 

Politoloq Elçin Mirzəbəyli deyib ki, bu xalqın nümayəndələri hər şeyi siyasətə qatmağı xoşlayırlar: “Azərbaycan xalqına qarşı olan nifrət, kin heç bir əsası olmadan ermənilərin fitrətində var. Baş verən hadisə sübuta yetirir ki, ermənilər, Ermənistan idmançıları beynəlxalq yarışlara buraxılmalı deyillər. Yaxşı olar ki, bu məsələlərlə bağlı Azərbaycan təcrübəsindən nümunə götürsünlər”.

 

İdmanda dini, irqi, siyasi ayrıseçkiliyin yolverilməz olduğu halda ermənilər döyüş meydanında məğlub olduqları üçün bu qlobal dəyəri öz etnik nifrətlərinə qurban verirlər.

 

Xatırladaq ki, apreldə İrəvanda keçirilən ağırlıq qaldırma üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağı səhnəyə gətirilərkən erməni Aram Nikolyan bayrağımıza hərkəsin gözü qarşısında od vurub və yanan bayraqla zaldan qaçmağa çalışıb, üstəlik sonradan həmin yarışda Azərbaycan və Türkiyə bayraqları kəsilərək asılıb. Bununla da Ermənistan göstərdi ki, yüksək səviyyədə keçirilən beynəlxalq tədbirlərə ev sahibliyi etmək qabiliyyətində deyil. Qısacası, bu ermənilərin hüquqi qiymət gözləyən ilk əməli deyil.

 

Şəbnəm

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər