Ermənilərin tırlarında zəhərli qida var?
Qarabağda humanitar böhran olduğunu iddia edən və guya bölgədəki ermənilərə humanitar yardım göndərən İrəvanın tırları hələ də sərhəddədir. Bəzi analitiklər bu addımlarla Erməni tərəfinin yeni təxribat planı cızdığını deyirlər. Versiyalar isə fərqlidir.
Azərbaycanla razılaşdırmadan Qarabağa 400 tonluq yük göndərməyə çalışan İrəvanın bu dəfəki addımının arxasında müxtəlif planların olduğu iddia edilir. Milli məclisin üzvü Fazil Mustafanın sözlərinə görə, Ermənistandan gələn tırardakı ərzaq Qarabağda yaşayan erməniləri kütləvi şəkildə zəhərləyə bilər. Bu fakt baş verərsə, onlar Ümumdünya Səhiyyə Təşkilatını bölgəyə çağıracaqlar. Ona görə də Azərbaycan tərəfi bu yüklərin Qarabağa daxil olmasına şərait yaratmamalıdır.
Bəzi analitiklər isə Qarabağdakı erməni silahlı qüvvələrinin qalıqlarının yerli əhaliyə qarşı təxribat törədərək bunu Azərbaycanın adına qələmə verə bilcəklərini deyirlər.
Xatırladaq ki, Azərbaycan tərəfi dəfələrlə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərə malların daşınması üçün Ağdam-Xankəndi yolunun istifadə oluna biləcəyini deyib. Ermənilərsə hər zaman olduğu kimi indi də öz xislətindən əl çəkməyərək müxtəlif təxribat planları düşünürlər.
Fidan
