Ermənistan ABŞ-dan PUA-lar alıb
Ermənistanla ABŞ hərbi və müdafiə tərəfdaşlığı çərçivəsində əhəmiyyətli irəliləyiş əldə etmişik.
"İnformator.az" xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan İrəvanda ABŞ-nin vitse-prezidenti Ceyms Devid Venslə birgə keçirilən mətbuat konfransında bildirib.
“Uzunmüddətli təhlükəsizlik əməkdaşlığı və üç illik “Qartal tərəfdaşı” təlimləri çərçivəsində Ermənistan ABŞ-dən V-BAT PUA-larını əldə edib ki, onların effektivliyi geniş əməliyyat təcrübəsi ilə sübut olunub və bu, müdafiə qabiliyyətimizi əhəmiyyətli dərəcədə gücləndirəcək.
Ümid edirəm ki, ABŞ-nin Xarici Hərbi Satış proqramı çərçivəsində həyata keçirilən bu razılaşma əməkdaşlığın daha da genişləndirilməsi üçün əsas olacaq”, - deyə Paşinyan qeyd edib.
