Ermənistan və İran XİN-ləri İrəvanda siyasi məsləhətləşmələr aparıb
Ermənistan və İranın xarici işlər nazirlikləri İrəvanda siyasi məsləhətləşmələr keçirib. Rəsmi məlumatlara görə, danışıqlara Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan və İranın siyasi məsələlər üzrə xarici işlər nazirinin müavini Məcid Təxt-Ravançi rəhbərlik edib.
Görüş zamanı tərəflər Ermənistan-İran ikitərəfli münasibətlərinin geniş spektrini, eləcə də regional və beynəlxalq gündəmdə olan məsələləri müzakirə ediblər. Energetika, infrastruktur, səhiyyə, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, konkret proqramların icrası, o cümlədən “Trump Route” (TRIPP) layihəsinin həyata keçirilməsi çərçivəsində yaranması gözlənilən yeni imkanlar da müzakirə mövzusu olub.
ANEWZ
Güllər Gülhüseynova
