00:00:00
Yazar
Admin User
14.04.2016 13:26 437 1 dəq oxuma
Sosial

Ermənistanın müharibə cinayətləri ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlandı

QHT-lər beynəlxalq ictimaiyyəti törətdiyi müharibə və insanlıq əleyhinə cinayətlərə görə Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırır.
Ermənistanın müharibə cinayətləri ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlandı

200-dən artıq ölkə QHT-si Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ regionunda Ermənistan tərəfindən törədilmiş müharibə cinayətləri ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb.

Şuradan İnformator.az-a verilən məlumata görə, sənəddə vurğulanır ki, 2016-cı il 2 aprel tarixində Ermənistan Respublikası Silahlı  Qüvvələrinin  təxribatı  nəticəsində Azərbaycan  Respublikasının  işğal  olunmuş  Dağlıq  Qarabağ  regionunda  vəziyyət yenidən gərginləşmişdir. Ermənistan silahlı qüvvələri 4 mülki şəxsi qətlə yetirmiş, 18 mülki şəxsi isə yaralmışdır. Müraciətdə qeyd olunur ki, həlak olmuş Azərbaycan əsgərlərinin cəsədləri üzərində işgəncə, insan ləyaqətini alçaldan rəftar əlamətlərinin aşkarlanması Ermənistanın “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il tarixli Cenevrə Konvensiyalarının müddəalarını kobudcasına pozmasını, ümumbəşəri  dəyərləri növbəti dəfə riyakarcasına tapdalamasını sübut edir.

QHT-lər beynəlxalq ictimaiyyəti törətdiyi müharibə və insanlıq əleyhinə cinayətlərə görə Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırır.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər